Bu dəfə Rusiya hərbçilərinin hədəfi Ukraynanın Zaporojye vilayətinin Vasilyevski rayonundakı “Popov mülkü” tarixi-memarlıq muzey-qoruğu olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə muzey artilleriya atəşi ilə vurulub, sonar isə qarət başlanıb.
Muzey-qoruğun direktoru Anna Qolovkovun sözlərinə görə, rus əsgərlər əşyaları çanta-çanta yığıb aparıblar:
“Bu, azmış kimi digər antik avadanlıqlar yararsız hala salınıb. Qarşılarına çıxan hər şeyi məhv ediblər”.
Ən qəribəsi isə, hərbçilərin muzeydən oğurladıqları unitaz olub. Bu, adi unitaz olmayıb. Əşya 19-cu əsrə aiddir və mərmərdən hazırlanıb.
“Mərmər unitaz ilk dəfə bolşeviklər tərəfindən oğurlanmışdı. Sonradan muzeyə qaytarılmışdı. Bəxtsiz unitaz yenidən oğruların əlinə keçdi”, – deyə Zaporojyenin Mədəniyyət və turizm departamentinin direktoru Vladislav Moroko bildirib.
Follow @7timesaz