“Belə bir tendensiya yaranıb: Gənclərimizin bir hissəsi mərsiyə stilində mahnılar dinləyirlər, oxuyurlar. Bir hissəsi mərsiyə stilində muğamlar oxuyurlar. Bir hissəsi isə sadəcə xarici musiqiyə qulaq asırlar”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant dadaşova deyib. Aparıcı Könül Arifin proqramında qonaq olan müğənni estradanın hazırki durumundan gileylənib:
“Belə olduğu halda estrada musiqimiz çox böyük tənəzzülə uğraya bilər. Buna görə də iyunun 1-də olacaq konsertimdə klassik musiqilərimizi oxumaq üçün öz tələbələrimi səhnəyə çıxaracam. Onlara tapşırıq vermişəm ki, hansı mahnıları oxusunlar. Siz mən, hamımız əl-ələ tutub, zəngin, mədəni irsimizi qorumalıyıq”.