Əməkdar artist Sənubər İsgəndərli “10-da görüşək” proqramında qonaq olub.
Axşam.az xəbər verir ki, sənətçi verilişdə ifaçılıq fəaliyyətinə davam etməməsinin səbəbini açıqlayıb. O, bu sahədə peşəkar olmadığını bildirib:
“Bir pəşəyə sahib olmaq istəyirsənsə, onu mükəmməl bilməlisən. Axsadınsa, onu nə üçün davam etdirəsən ki? Mənim aləmimdə müğənni canlı konsertlər verməlidir. Onun böyük komandası, iş birliyi, prodürseri olmalıdır. Bunları düşündükcə başa düşdüm ki, müğənnilik mənlik deyil”.