Hadisə

“Gecələr cinlə sevişirəm, onlar dostunla birgə olmağımı deyiblər” – ərini aldadan qadın DANIŞDI

“Gecələr cinlə sevişirəm, onlar dostunla birgə olmağımı deyiblər” – ərini aldadan qadın DANIŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Psixoloq Ramil Nəcəfli bir pasientinin başına gələn hadisəni öz “Facebook” hesabında paylaşıb.

Sfera.az xəbər verir ki, psixoloq azərbaycanlı bir qadının cinlə intim münasibətdə olduğuna ərini inandırmaq istədiyini deyib:

“Yanıma 40 yaşında dindar, namaz qılıb oruc tutan bir nəfər gəldi. Cinsi zəiflikdən əziyyət çəkdiyindən şikayət etdi. Pasientin 2 uşağı var. Cinsi zəiflik kişidə son 1 ildə əmələ gəlib. Doktor Canpolada 1000 manata yaxın, digər androloqlara da bu məbləğə yaxın xərc çəkib “müayinə və müalicə”lərdən heç bir effekt almayıb. Seans vaxtı sorğu-sual zamanı məlum oldu ki, bu tam olaraq cinsi potensialdan məhrum deyil. Əslində arvadı dəstək olsa, alınar. Deyir, arvadı onu yaxına buraxmır. Arvadı buna deyib ki, cinlərlə münasibətdədir. Gecələr bir cinlə sevişir. Cinlər guya arvada əriylə sevişməyi qadağan edib. Zavallı adam deyir arvadı ona bu yaxınlarda deyib ki, bəs onun bir dostu var. Həmin kişi ilə cinsi münasibətdə ol. Hətta bunu ərinə də deyib. Əri yazıq isə, yəni mənim yanıma gələn pasient razılaşmayıb.

Bu adama başa saldım ki, arvad sənin saflığından istifadə edib, sənin razılığını alıb sənin dostunla sevişmək istəyir. Cin zad söhbətləri boş şeylərdir, aldadır səni”, – deyə paylaşımda qeyd olunub.