Polşa hökuməti 15 rus oliqarxına, 35 Rusiya və Belarus şirkəti və onların Polşadakı törəmə şirkətlərinə qarşı sanksiya tətbiq edib.
7Times.az xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski və onun müavini Maçey Vonsik mətbuat konfransında bildiriblər.
“Birinci sanksiya siyahısında 50 mövqe var. Bu, Polşada biznes maraqları olan rus oliqarxlarının və Rusiya şirkətlərinin siyahısıdır”, – Kaminski bildirib.
Onun sözlərinə görə, siyahıya Polşanın “EuropolGaz” şirkətinin fəaliyyəti sahəsində sanksiya tətbiq olunacaq “Qazprom” və “Akron” (Polşanın Azoty kimya şirkətinin 20%-nə sahibdir) daxildir.
“Bu siyahıya həmçinin Donbassdan Polşaya Rusiya kömürünü və kömür idxal edən qurumlar, həmçinin bu şirkətlərin sahibi olan oliqarxlar daxildir”, – Kaminski bildirib.
Nazir Belarus rejimi ilə əlaqəli şirkətlərin və oliqarxların siyahıya əlavə ediləcəyini bildirib. Siyahıya artıq Belarusdan dizel yanacağı və maye qaz idxal edən “Beloil Polska” da daxildir.
Follow @7timesaz