Maqazin

“Nə vaxt evlənəcəyimi anamdan çox soruşursan”

“Nə vaxt evlənəcəyimi anamdan çox soruşursan”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Show TV-də yayımlanan “Üç Kuruş” serialı ilə bir müddətdir ekranlarda olan və həmkarı Gökhan Alkanla eşq yaşayan aktrisa Nəsrin Cavadzadə KİV-in suallarını cavablandırıb. 

OLAY yazır ki, gözəllik mərkəzindən çıxarkən görüntülənən aktrisa tezliklə yekunlaşacaq serialından sonra dincələcəyini deyib:

“Çox yoruldum, məzuniyyətə çıxacağam. Onsuz da keçən mövsümdən çox yorğun başladım. Qoca pişiklərim var, bir müddət onlara baxacam.
Pişiklərim qocalıb, 16 yaşında 3 pişiyim var. Çox xəstəlikləri var, çox işləyə bilmirdim. Onlara qayğı göstərdiyim üçün”.

O, nişanlısı Gökhan Alkanla nə vaxt evlənəcəyi barədə verilən sualları belə cavablandırıb:

“Anam o qədər soruşmur. Nə vaxt evlənəcəyimi anamdan çox soruşursan. Bu qismətdir, görək! Ağlımda heç bir tarix yoxdur, olsa deyərəm”.