Dünya

Avropa İttifaqı Ukrayna məhsullarını gömrük rüsumundan bir illik azad edə bilər

Avropa İttifaqı Ukrayna məhsullarını gömrük rüsumundan bir illik azad edə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Ukraynadan idxal edilən bütün məhsullara tətbiq olunan gömrük rüsumlarını 1 il müddətinə ləğv etməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Ukraynaya dəstək üçün bu təklif Avropa Komissiyası tərəfindən açıqlanıb. Belə ki, Ukraynanın polad ixracına tətbiq edilən antidempinq və digər qaydaların dayandırılacağı, bunun çətin vəziyyətdə olan ukraynalı istehsalçı və ixracatçılara dəstək olacağı qeyd edilib. Sözügedən rüsumların dayandırılması təşəbbüsünün misli görünməmiş bir xoşməramlılıq nümunəsi olduğu bildirilib.

Təklifin qüvvəyə minməsi üçün o, həmçinin Avropa Parlamenti (AP) və Aİ-yə üzv dövlətlər tərəfindən də təsdiqlənməlidir.