Mərhum Xalq artisti Siyavuş Aslanın 61 yaşlı oğlu Çingiz Aslanın videosu yayılıb.
Axşam.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntüdə Çingizin küçədə yaşadığı əks olunub. “Xahiş edirəm ki, məni efirə çağırın” deyə, o, bildirib.
Qeyd edək ki, Çingiz dəfələrlə “Elgizlə izlə” proqramına gətirilib, sığınacaqda saxlanılıb və müalicə edilib. İçki düşkünü olan Çingiz bir müddət qaldıqdan sonra sığınacaqdan ayrılıb.