Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Axar.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 93.12, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum İqbal Bəxtiyar oğlu Qəhrəmanova həyat yoldaşı Bakı şəhər sakini Səbinə Əşrəf qızı Əlipaşayeva tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Baxış zamanı bişirilmiş toyuğun sümüyünün içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,506 qram miqdarında narkotik vasitə heroin və 0,543 qram psixotrop vasitə metamfetamin aşkar edilib.
Follow @7timesaz