Dünya

İrəvanda etirazçılar mərkəzi küçələri bağlayıb – Saxlanılanlar var

İrəvanda etirazçılar mərkəzi küçələri bağlayıb – Saxlanılanlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün – may ayının 2-si səhər saatlarında Ermənistanın müxalifət qüvvələri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanın mərkəzi küçələrini bağlayaraq genişmiqyaslı etiraz aksiyalarına başlayıb.
Yeniavaz.com
 TASS-a istinadla xəbər verir ki, polis mərkəzi küçələrin bir hissəsinin blokunu açmağa müvəffəq olub, həmin küçələrlə avtomobillərin hərəkəti bərpa edilib.
“Polis siyasi sifariş alıb və ona görə də onlar güc yolu ilə hərəkət etməyə çalışırlar, lakin bu, bizə mane olmayacaq”, – Ermənistan Respublika Partiyasından olan deputat Tiqran Abramyan jurnalistlərə bildirib.
Daha sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib ki, polis səhər saatlarında İrəvanın mərkəzi küçələrini bağlayan 125 fəalı saxlayıb.
Etiraz aksiyası davam edir və İrəvanın müxtəlif yerlərində müxalifət fəallarının saxlanması davam edir, mərkəzi küçələrin bir hissəsi hələ də nəqliyyatın hərəkəti üçün bağlanıb.
Qeyd edək ki, mayın 1-də müxalifət qüvvələrinin tərəfdarları İrəvanın mərkəzindəki Fransa meydanını bağlayıb və orada zibil qablarından və küçə skamyalarından barrikadalar qurub, həmçinin çadırlar qurublar. Bazar ertəsi səhər tezdən Ermənistan paytaxtının müxtəlif yerlərində irimiqyaslı itaətsizlik aksiyaları başlayıb. Aksiyaçılar Paşinyanın istefasını tələb edir, onu ölkə çaraqlarına xəyanətdə ittiham edirlər.