Maqazin

“Təhminə”yə vəzifə verildi – FOTO

“Təhminə”yə vəzifə verildi -FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyəli aktrisa, Azərbaycanda “Təhminə” filmindən eyniadlı obrazla məşhurlaşan Meral Konrata Türkiyədə vəzifə verilib. Belə ki, tanınmış sənətçi Kinematoqrafçılar İttifaqının (Filmsan Vakfı) sədr müavini seçilib.
Aktrisa bu haqda Moderator.az-a özəl açıqlama verib.
“Təbii ki, böyük səs hesabıyla sərd müavini mən seçildim. Sədr müavini olaraq Engin Çağlarla işləməkdən böyük zövq alacağıma əminəm. Buna görə həm də sevincliyəm, xoşbəxtəm. Əlimizdə çoxlu layihələr var, yavaş-yavaş hər birini reallaşdıracağıq. Filmsan Vakfı bütün sənətçilərin üzv olduğu bir qurumdur. Engin Çağlarla təəssüf ki, heç bir filmdə çəkilə bilməmişəm. Bir layihədə onunla birlikdə olacağam. Engin Çağların filmləri ilə böyümüşük. Bundan sonra da əl-ələ verib qurum adına gözəl işlər ərsəyə gətirəcəyik” deyə Meral Konrat deyib.