İdman

Şevçenko İtaliya klubunu satın alır

Şevçenko İtaliya klubunu satın alırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna yığmasının sabiq baş məşqçisi Andrey Şevçenko klub sahibi ola bilər.

Offsideplus.az xəbər verir ki, onun İtaliya C seriyasında çıxış edən “Peskara”nın səhmlərini almaq istədiyi bildirilib. Onun İtaliya konsorsiumu ilə birgə bunu etmək niyyətində olduğu qeyd olunub.

“Peskara” C seriyasının B qrupunda 5-cidir. Komanda yeni mövsümdən B seriyasında iştirak etməyə əsas namizədlərdəndir.

Bildirək ki, Şevçenko son olaraq İtaliyanın “Genua” klubunu çalışdırıb.