“Avropa İttifaqı Moldovaya əlavə hərbi yardım göstərmək imkanını nəzərdən keçirir və tanınmamış Dnestryanı bölgədə gərginliyin qarşısını almağa çağırır.
Yenisabah.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel mətbuat konfransında deyib.
“Biz indi Moldovaya hansı əlavə hərbi imkanlar verə biləcəyimizi müzakirə edirik. Moldova və Dnestryanı bölgədə eskalasiyanın qarşısını almaq bizim üçün çox vacibdir”, – deyə Mişel vurğulayıb.
O, Moldovaya hərbi yardım çərçivəsində Aİ-nin artıq “logistika və kibertəhlükəsizlik imkanlarının təmin edilməsi” ilə bağlı qərarlar qəbul etdiyini bildirib.
Follow @7timesaz