Rusiyanın Nijnevartovsk şəhərində Mira küçəsində hərbi komissarlığa “Molotov kokteyli” atılıb.
Moderator.az xəbər verir ki, Rusiyanın “Baza Telegram” kanalı hadisə barədə video yayımlayaraq məlumat yayıb.
“Bu gecə naməlum şəxs Nijnevartovsk hərbi komissarlığının soyunub-geyinmə otağına yanar qarışığı olan iki butulka atıb. Bir “Molotov kokteyli” dərhal sönüb, ikincisi taxta üzlüyü yandırıb, lakin tezliklə yanğın çağırışa gələn polislər tərəfindən yanğınsöndürən balonlarla söndürülüb. Hadisə yerində daha bir istifadə olunmamış yandırıcı qarışığı olan kokteyl aşkar edilib”.
Daha sonra yeni məlumat ortaya çıxıb. Və videoya əsasən, yandırıcı maddə atanlar iki nəfər olub. Onlar hərbi komissarlığa ən azı yeddi molotov kokteyli atıblar.
Qeyd edək ki, mayın 2-də Moskvanın mərkəzində “OMON”un avtomobilinə də “Molotov kokteyli” atılmışdı.