Maqazin

“Hürür, tutmur” deyən Afətə Floradan cavab: “Sən əminsən ki, mən tuta bilmirəm?”

“Hürür, tutmur” deyən Afətə Floradan cavab: “Sən əminsən ki, mən tuta bilmirəm?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Flora Kərimova və müğənni Afət Fərmanqızı arasında məhkəmə prosesi uzun müddətdir ki, davam edir.

Oxu.Az-a açıqlama verən Xalq artisti Flora Kərimova Afətlə aralarındakı münasibətin necə məhkəmə həddinə gəlib çıxması barədə danışıb:
“O məni təhqir etdi. Mən ona nə dedim ki? Dedim, Nəsiminin şəxsiyyəti tarixdən silinməsin deyə onu yaddaşlarda qoruduq, dedim, “qızım, eləmə bunu”. Nələr dedi mənə, nələr! Ona deyiblər ki, “Onun xasiyyətini bilmirsən? Qorxmursan ki, səninlə bağlı ölçü götürər?” Deyir, “Yox, onun hürməyi var, tutmağı yoxdur”. Sən əminsən ki, mən tuta bilmirəm? Mən tutanda parçalayıram. Hücum edirəm, boğazından, xirtdəyindən tutub parçalayıram. O xirtdəyi üzməyənə qədər əl çəkmirəm. Özü də deyirdi ki, “İndiyə qədər mən mahnılar oxuyurdum, ancaq məni tanımırdılar, mən qazana bilmirdim. “Pəncu-şeş” mahnısını oxuyan kimi məni tanıdılar.

Deməli, sən Nəsimini, mədəniyyətimizi, musiqi tariximizi bir qazancına qurban verdin? Bir cibinə qurban verdin? Bir tikə çörəyə qurban verdin? Utanmadın? Bunun heç bir dəftərdə adı yox idi deyə bu fürsətdən istifadə etdi, özünü tanıtdı. Afət, özünü tanıda bilərsən, bəs özünü sevdirə bilərsənmi? Bir müğənni kimi qəbul oluna bilərsənmi? Gəldin, özünü qoydun mənim səviyyəmə, qalxa bildinmi? Yenə də mənim hesabıma səni tanıdılar. Deyir ki, mənim çörəyimə bais olursan. Mən nə etməli idim? Mən vokal sənətində yeganə qalmışam. Hamı getdi, hamı dünyasını dəyişdi.
Mən tarixi vəzifəmi yerinə yetirirdim. Sənətinə biganə yanaşan bir-iki adam varsa, mən də dünyadan köçdümsə, dinməyəcəklər. Çünki sənin kimi dilini, sözünü bilməyən, böhtana əl atan çox adam var. Mən səni harada təhqir etdim? Mən təhqirə təhqirlə cavab verirəm. Çıxar, göstər, mən səni harada təhqir etdim? Sən isə məni sözlərinlə küçə qadını etdin. Və cavabını da aldın”. Xalq artisti açıqlamasında Afəti üzr istəsə də, bağışlamayacağını bildirib:

“Mən bağışlasaydım, İlhamə Quliyevaya bağışlayardım çox şeyi. Vəfat edənə qədər məndən üzr istəmək istəyirdi. Televiziyada gah mənim sənətimi təriflədi, gah qızımı təriflədi – bağışlamadım. Bağışlamaq o deməkdir ki, dediyin sözü qəbul edirəm. Ömrümdə bağışlamaram. O mənim əlimdən qurtulmayacaq. O, hər dediyi sözə, hər təhqirə, hər böhtana görə cavab verəcək. Ömrüm çatan qədər. Ömrüm çatmasa, mənim oğlum var, qızım var. Əgər məndən sonra dünyadan köçən analarının timsalında özlərinin namusunu müdafiə etməsələr, mən övladlarıma haqqımı halal etmərəm”.
Kərimova Fərmanqızının hamilə olması iddiasına inanmadığını və bunun məhkəməyə gəlməmək üçün bəhanə olduğunu vurğulayıb.
“Moskvanın poliklinikasından arayış alıb. Sən bilmirsən ki, sənin iki aydan sonra qarnını görən olacaq? Bilmirsən ki, tələb edərlər. Müayinə edərlər? Həkimlər, ginekoloqlar müayinə edəcəklər. Bunu bilmirsən ki, mən səndən əl çəkən deyiləm? İndi də deyir, “Ərə getdim, həyat yoldaşım dedi, bütün varını-yoxunu oğlunun adına keçirt”. Bu situasiyanı öz xeyrinə dəyişə bilərsən? Qanun qanundur. Əgər cərimələnsən, səndən soruşmurlar, neçə manatın var, öhdəsindən gələ bilərsən, ya yox?
Mənim 81 yaşım var. Yaşa, yaşa, yaşa, 81 ilin içində namusda-qeyrətdə kölgəndən də qorxasan, sonra da biri gəlib sənə böhtan atsın. Mənə çox təsir edir”, – deyə F.Kərimova əlavə edib. 

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.
Xatırladaq ki, 29 aprel tarixində Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə müğənni Afət Fərmanqızının vəkili məhkəməyə onun 10 həftəlik hamilə olduğu barədə sənəd göndərib.