Ukraynalı jurnalistin rus ordusu tərəfindən öldürülməsi Zelenskini sarsıdıb.
7Times.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna lideri Zelenski ölkəsinin tanınmış televiziya müxbirlərindən biri olan Oleksandr Maxovun Xarkov vilayətində Rusiya qüvvələri tərəfindən öldürüldüyünü açıqlayıb.
Maxov iki ay yarım davam edən müharibə zamanı öldürülən 8-ci jurnalistdir.
Zelenski Maxov haqqında “O, vətənpərvər, səmimi və həmişə təkəbbürdən uzaq idi. Və o, həmişə ən cəsurlar arasında idi. Rusiya bunun əvəzini ödəyəcək” deyib.
Follow @7timesaz