Dünya

Rus qoşunları Mariupoldan geri çəkildilər – ŞOK GƏLİŞMƏ

Rus qoşunları Mariupoldan geri çəkildilər – ŞOK GƏLİŞMƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya əsas qüvvələrini Mariupoldan çıxarıb.

Bunu Pentaqonun sözçüsü Con Kirbi deyib.

“Hesablamalarımıza görə, Mariupola göndərilən Rusiya quru qoşunlarının əksər hissəsi geri çəkilərək şimala doğru hərəkət edib”, – Kirbi bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdə və onun ətrafında az sayda rus qoşunu cəmləşib. Bununla belə, ruslar Mariupola hücumlarını davam etdirirlər, şəhərə və onun ətrafına, həmçinin “Azovstal” zavoduna artilleriyadan və havadan zərbələr endirirlər.

Bundan əvvəl “Azov” alayının komandiri, polkovnik-leytenant Denis Prokopenko bildirib ki, Azovstalda vəziyyət son dərəcə ağırdır, amma müdafiə qüvvələri özlərini müdafiə etməkdə davam edirlər.

Onun sözlərinə görə, düşmənin zavodun ərazisinə soxulmasından iki gün keçir, nəticədə orada ağır qanlı döyüşlər gedir.

 

 

 

/Teleqraf.com/