Aktual

“Rusiya Azərbaycanı Ukraynaya çevirə bilməyəcək… Çünki…”

“Rusiya Azərbaycanı Ukraynaya çevirə bilməyəcək… Çünki…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanın yanında Türkiyə var. Türkiyə heç vaxt ölkəmizi tək buraxmayacaq…”
“Bu halda dövlətimiz birmənalı şəkildə öz sərhədlərini 1918-1920-ci illərdəki qədim torpaqlarımıza qədər çəkə bilər. Bu isə Ermənistanın sonu olacaq…”
“Təəssüf ki, hazırda Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlmək şansı artıb. Yəni Paşinyanın devrilmə ehtimalı  təxminən 70 faizdir…  Amma Rusiya buna şərait yaratsa,  böyük yanlışlıq edəcək. Çünki Paşinyandan sonra hakimiyyətə gələnlər bu günədək Azərbaycana, Türkiyəyə qarşı revanşist şüarlar  səsləndirdiklərindən onlar Rusiyanın sülhməramlı sayılan hərbi konrtingentinin nəzarətində qalan Azərbaycan ərazilərinə soxulub yenidən böyük təxribatlar törətməyə başlasalar, Azərbaycan Rusiya hərbi birləşmələrinin öz torpaqlarından çıxmasını tələb edəcək”.
Bu fikirləri politoloq Cümşüd Nuriyev Moderator.az-ın “Əgər Rusiyameyillilər və Qarabağ klanı gerçəkdən hakimiyyəti ələ keçirsə, Qarabağ ətrafındakı və Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi ilə bağlı proseslər hansı istiqamətdə inkişaf edə bilər?” sualını cavablandırarkən ifadə edib.
“Düzdür, bu, bizə müəyyən problemlər yaradacaq. Ancaq Rusiya Azərbaycanı Ukraynaya çevirə bilməyəcək… Çünki dövlətimiz buna həm hərbi, həm siyasi, həm iqtisadi, həm də hüquqi cəhətdən hazırdır. Və mən inanmıram ki, Rusiya özü üçün ikinci bir cəbhə – Qafqaz  cəbhəsi açsın. Əgər Kreml bu addımı atsa, Rusiyanın çökməsi sürətlənəcək. Bu, qaçılmazdır.  Azərbaycanın yanında Türkiyə var. Türkiyə heç vaxt ölkəmizi tək buraxmayacaq.  NATO da yoxdan bir şey axtarır ki, bu qurumun üzvü olan ölkənin Rusiya ilə qarşıdurması isti fazaya, yəni silahlı qarşıdurmaya keçsin. Ona görə də Rusiyaya hər tərəfdən məhvedici zərbələr vurula  və o, bir dövlət kimi yer üzündən silinə bilər. Odur ki, rəsmi Moskva bu məsələlərdə Azərbaycanla bağlı ehtiyatlı davranmalıdır”- açıqlamasının davamında bunları söyləyən şərhçi
Ermənistanın Qarabağda yeni güclü təxribatlara əl atacağı halda  dövlətimizin birmənalı şəkildə öz sərhədlərini 1918-1920-ci illərdəki qədim torpaqlarımıza qədər çəkə biləcəyindən də bəhs edib.
“Fəqət,  əgər İrəvanda  Rusiyameyilli və revanşist qüvvələr yenidən hakimiyyətə gəlsə və Qarabağdakı proseslərə mənfi, təxribatçı müdaxilələr etsə, Azərbaycanın Rusiya hərbi kontingentinin nəzarətindəki əraziləri birbaşa öz nəzarətinə keçirməkdən savayı yolu qalmayacaq.  O halda da hesab edirəm ki, bütün dünya bizim yanımızda olacaq. Və Rusiya belə bir perspektivlə razılaşa bilməz və inanmıram ki, buna gedə…
Sonuncu dəfə prezident İlham Əliyev də Rusiyanın siyasəti ilə bağlı ilk dəfə kəskin çıxış etdi.  Eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə orada aparılan müharibənin ədalətsiz olduğunu vurğuladı. Və həmçinin Azərbaycanın işğalçı Ermənistan ordusuna öz torpaqlarından çıxarmaq üçün apardığı 44 günlük savaş zamanı Rusiyanın həmin dövlətə silah verməsini sərt şəkildə gündəmə gətirdi. Eyni zamanda dövlət başçısı Zəngəzur dəhlizi və sərhədlərin müəyyənləşməsi məsələləri ilə bağlı da Azərbaycanın mövqeyini bir daha qətiyyətlə ortaya qoydu. Yəni həmin açıqlamaların məhz indi verilməsində heç bir təsadüf yoxdur. Əgər Ermənistan Azərbaycan  ərazisində hər hansı bir aksiya həyata keçirməyə cəhd edərsə, dövlətimiz birmənalı şəkildə öz sərhədlərini 1918-1920-ci illərdəki qədim torpaqlarımıza qədər çəkə bilər. Bu isə Ermənistanın sonu olacaq. Rusiya özü bilər… Biz Ukrayna deyilik. Rusiya bunu dərk etməlidir”- deyə Cümşüd Nuriyev vurğulayıb.