Dünya

Bir ananın dəhşətli hekayəsi – 10 ildir xəstə qızı üçün görün nə edir

Bir ananın dəhşətli hekayəsi – 10 ildir xəstə qızı üçün görün nə edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ana 10 ildir reanimasiya qapısında uşağını gözləyir.
AZXEBER.COM xəbər verir ki, 2012-ci ildə Diyarbəkirdə doğulandan 17 gün sonra tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən və əzələ xəstəliyi diaqnozu qoyulan Elif Nur Erdemesin anası Fatma Erdemeş 10 ildir ki, hər gün reanimasiyada onu gözləyir.
Belə ki, Fatma və Mustafa Erdemes cütlüyü 2002-ci ildə evlənib. 6 övladı olan cütlüyün 5-ci övladı Elif Nur 2012-ci ildə dünyaya gəlib. Elif Nur 17 günlük olarkən tənəffüs çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib. Müayinələrində əzələ xəstəliyi aşkarlanan Elif Nur Diyarbakır Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilib. 17 günlük ikən anasının qucağından ayrılan Elif Nur 2 il burada süni nəfəs aparatında yaşayıb və 2014-cü ildə qurulan və 12 xəstəyə xidmət edə bilən Diclə Universiteti Uşaq Palliativ Reanimasiya Mərkəzinə köçürülüb.
Övladından uzaq qala bilməyən Fatma Erdemes 10 ildir ki, qızının orada olduğunu hiss etməsi üçün hər gün reanimasiyanın qapısında gözləyir. Səhər tezdən xəstəxanaya gələn və axşam gec yola düşən Erdemes qızının sağalmasını gözləyir. Fatma Erdemes yalnız gözlərini hərəkət etdirə bilən Elif Nurla onun əlindən tutub qızını öpərək ünsiyyət qurur. Bu vəziyyətə hər gün şahid olan reanimasiya işçiləri də Fatma Erdemesi “ilin anası” seçərək gül və hədiyyələr veriblər.
Fatma Erdemes qızına ana sevgisini daddırmaq üçün hər gün gəlib ona baxdığını bildirib:
“Elif Nur sağlam övladlarımdan əvvəl gəlir. Onunla inanılmaz bir bağım var. Elif Nuru çox sevirəm, ona etinasızlıq etmək istəmirəm çünki o, mənim üçün çox özəldir. Məni hiss edir, ondan aldığım enerji məni xoşbəxt edir”.