Maqazin

Valideynlər oyansın, hamıya bu hadisələr görk olsun”

Valideynlər oyansın, hamıya bu hadisələr görk olsun”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əzziz valideynlər, analar, atalar: Bir valideyn kimi sizi çox gözəl anlayıram. Əziyyətimiz danılmazdır. Ancaq nə olar, sizə yalvarıram uşaqlarınızın üzərinə getməyin. Onlara hər işlərində dəstək olmağa çalışın”.

Bu sözləri müğənni Elnarə Xəlilova bildirib. Valideynlərə səslənən sənətçi son günlər məktəblilər arasında baş verən intihar hadisələrinə münasibət bildirib:

“Hər il buraxılış imtahanlarından sonra məktəblilər arasında intiharların sayı artır. Bu yolverilməzdir. Sizin uşağınız həyatda olmayandan sonra onun təhsili kimə lazımdır? Olmasın ali savadlı. Peşə məktəbinə verin: aşpaz, dülgər, saç ustası, vizajist, dərzi, dəmirçi olsun – fərqi yoxdur, lap fəhlə olsun… Amma canı sağ, salamat, sağlam və xoşbəxt olsun. Qarşıdan qəbul imtahanları gəlir. Valideynlər oyansın, hamıya bu hadisələr görk olsun”.