Ermənistan hökumət aparatı Baş nazir Nikol Paşinyanın istefa verəcəyinə dair yayılan məlumatlara aydınlıq gətirib.
AZXEBER.COM xəbər verir ki, Ermənistan hökumət aparatı rəhbərinin müavini Taron Çaxoyan Paşinyanın istefa xəbərlərini təkzib edib.
O qeyd edib ki, Baş nazirin istefasına dair xəbəri yayanlar qulaqlarının dibini görərlər.
Taron Çaxoyan diqqətə çatdırıb ki, Ermənistan vətəndaşları öz seçimlərini bir il əvvəl ediblər. O bildirib ki, hər il Baş nazirin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb etmək absurddur: “Onlar qulaqlarının dibini görərlər”
Follow @7timesaz