Dünya

Blinken: “Rusiya rəhbərliyi tarixi təhrif etməyə çalışır”

Blinken: “Rusiya rəhbərliyi tarixi təhrif etməyə çalışır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken Avropada İkinci Dünya Müharibəsinin başa çatmasının 77-ci ildönümü münasibətilə verdiyi yazılı açıqlamada, Moskvanın Ukraynada xüsusi hərbi əməliyyata haqq qazandırmaq üçün tarixi təhrif etməyə çalışdığını bildirib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

O qeyd edib ki, İkinci Dünya Müharibəsi zamanı “Amerika xalqı Avropanın bütün cəbhələrində cəsarətlə vuruşan bir çox başqa ölkələrin cəsur vətəndaşları ilə birləşdi.

“Lakin bizim ümumi qələbəmiz hamı üçün ümumi azadlıq və firavanlıq gətirmədi. Biz haqlı olaraq bir çox ölkələrin nasistlərdən və onların işbirlikçilərindən azad edilməsini qeyd etsək də, nəhayət öz yollarını seçmək azadlığını tapana qədər daha onilliklər boyu zülm altında əzab çəkməyə məcbur olanlara da diqqət yetirməyimiz vacibdir. Avropada müharibə yenidən qızışdıqca, öz ambisiyalarını irəli sürmək üçün tarixi yaddaşı manipulyasiya etməyə çalışanlarla mübarizə əzmini artırmalıyıq. Müttəfiqlərin nasistlər üzərində qələbəsi kollektiv qəhrəmanlıq və fədakarlığın qələbəsi kimi qiymətləndirilməlidir”.

Blinken deyib ki, Rusiya rəhbərliyi Ukraynada hərbi əməliyyat keçirməsinə bəraət qazandırmaq cəhdi ilə tarixi təhrif etməyə çalışır.