Maqazin

Leytenant Elnarə: “Dövlət qulluqçusuyam, maaşım çox bərəkətlidir” – VİDEO  

Leytenant Elnarə: “Dövlət qulluqçusuyam, maaşım çox bərəkətlidir” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səhnə üçün doğulmuşam. Bu səhnədəki duruşumu, özümü aparmağımı, ifa tərzimi, sənətimi səhnədə qoruyub saxlamalıyam. Toylara getməyə ehtiyac görmürəm. Özümü xərcləmirəm. Toylara can atmıram. Məqsədim toylarda oxumaqdır deyə, özümü sırf o şəkildə təqdim və təbliğ etmirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “Şourum” maqazin verilişinə müsahibəsində deyib.

Həmkarlarından fərqli olaraq səhnəni toya dəyişmədiyini vurğulayan sənətçi dövlətdən aldığı qazancının ona yetəri qədər bəs etdiyini açıqlayıb.

“Mən dövlət qulluqçusuyam. Rəsmi maaş alıram. Maaşım da çox bərəkətlidir. O masala bir çox sənətlə bağlı işlərimi həll edirəm. Mahnılarımı da alıram, kliplərimi də çəkdirirəm. Əlbətdə ki, həyat yoldaşım Rövşən də mənə dəstəkdir. Nəyimsə çatmayanda üstünü o düzəldir”.  
Qeyd edək ki, 10 il əvvəl Elnarə Xəlilova Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə yubiley medalı ilə təltif edilib. Leytenant rütbəsi daşıyan Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir.