Ukraynanın daxili işlər naziri, erməıni əsilli Arsen Avakov Qarabağda gedən döyüşlərə reaksiya verib.
7times.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun fikrincə, Kiyev heç kəsə yardım etməməlidir.
“Ukraynada Ermənistan-Azərbaycan münaqişəsində heç kəsə hərbi yardım göstərməyəcək. Amma çox güclü fantaziyaya malik deputatlar üçün bütün ölkə ilə tibbi yardım – həb axtarmaq lazımdır”.
Xatırladaq ki, Avakovun açıqlaması Ali Radada “Xalqın xidmətçisi” partiyasını təmsil edən deputat Lyudmila Marçenkoya ünvanlanıb. Belə ki, xanım deputat efirlərin birində “əgər ehtiyac yaranarsa, Ukrayna Azərbaycana hərbi yardım göstərəcək”- deyə açıqlama vermişdi.modern.az
Follow @7timesaz