Dünya

“Bəşəriyyət hələ heç vaxt uçuruma bu qədər yaxın olmayıb…”

“Bəşəriyyət hələ heç vaxt uçuruma bu qədər yaxın olmayıb…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin küncə sıxışdırılmiş yırtıcıya bənzəyir və ölümcül təhlükəlidir”

Üçüncü dünya savaşı olacaqmı?
“Üçüncü dünya savaşının veteranları olmayacaq”
(Uolter Mondeyl, ABŞ- ın 42- ci prezidenti)
Onu hamı gözləyir, eyni zamanda ona heç kim inanmır. Hərçənd, bu da dəqiq deyil. Bəziləri hesab edir ki, üçüncü dünya savaşı artıq başlayıb. 24 fevral 2022- ci il tarixindən, yəni Rusiya Federasiyasının Ukraynaya hərbi müdaxiləsindən sonra bu savaş başlayıb. Ola bilsin ki, heç kim bunun dəqiq nə olduğunu bilmədiyi üçün buna inanmır.
7Times.az xəbər verir ki, bu barədə “9- cu kanal” nəşrində dərc edilən məqalədə deyilir.
Birinci və İkinci dünya savaşlarından çıxış etsək, bunun tərifini vermək olar:
“Planetdə əksəriyyət ölkələrin iştirak etdiyi və bir neçə qitədə aparılan müharibə”.
Lakin üçüncü dünya savaşının tərifinə əhəmiyyətli dəqiqləşdirmə aparılmalıdır. Bu, nəsə başqa bir şeydir. Bu savaşda döyüşən tərəflərdən heç biri təslim olmayacaq. Bu savaşda, ümumiyyətlə, qaliblər olmayacaq. Çünki üçüncü dünya savaşında mütləq kütləvi qırğın sılahı, o cümlədən nüvə sulahı tətbiq ediləcək. Bu isə o deməkdir ki, üçüncü dünya savaşından sonra bəşəriyyət özü özünü məhv edəcək.
Bu gün biz onun başlanmasına yaxınıq.
Mən öncəgörən deyiləm və heç peşəkar politoloq da deyiləm. Söhbət, aydındır ki, bu savaşın tarixindən, şəraitindən, zəminlərindən getmir. Onlar o qədər də çox deyil…
Əgər şəxsi sərəncamında nüvə düyməsi və ya başqa kütləvi qırğın silahı olan ölkə liderlərinin (ABŞ, Rusiya Federasiyası, Böyük Britaniya, Fransa, Hindistan, Pakistan, İsrail, KXDR) ağlı qaçmazsa…
Əgər bu ölkələrdən hansısa bu siyahıda olan ölkəyə və ya NATO və digər hərbi- siyasi bloka daxil olan ölkəyə hücum etməzsə…
Və, nəhayət, nadir, amma gerçək imkan yaranarsa- hücum planlaşdırılmayıb, amma erkən xəbərdarlıq sistemində yanlışlıq baş verərsə…
XX əsrdə belə nüminələr beş dəfə olub. Karib böhranından başlamış dünyanın tükdən asılı olduğu 1967- ci ilədək. Həmin gün radarlar işləməyib, Günəşdə güclü maqnit tufanı nüvə siqnalı kimi qəbul edilib.
Bu gün üçüncü dünya savaşına birinci şərt uyğun gəlir, çünki Ukraynaya hücum edən ölkə liderinin əlində nüvə düyməsi var, eyni zamanda, çox ehtimal ki, onun ağlı qaçıb. Nə keçmişdə, nə də bizim zəmanədə bəşəriyyət uçuruma bu qədər yaxın olmayıb. Daha bir addım atılarsa, Yer planeti sakinlərinin cəhənnəmə vasil olmağına bütün şansları olacaq.
Putinin fikrinə görə, Rusiyaya qarşı sanksiyaların elan edilməsi və Ukraynaya silah tədarükü artıq müharibənin elan edilməsi deməkdir.
Başqa sözlə desək, onun firkinə görə, dünyanın əksəriyyət ölkələri Rusiya Federasiyası ilə müharibədə iştirak edir.
Mən fantastikanı sevmirəm. Ona görə yox ki, onu oxumaq gündəlik ətalətdən uzaqlaşıb yazıçı aləmində sehrli səltənətə baş vurmaq deməkdir.
F. M.Dostoyevski yazıb ki, “fantastika gerçəyin mahiyyəti deməkdir”.
Bəzən fantast yazıçılar gələcəyi çox dəqiq proqnozlaşdırıb. Yaxşı fantastika- bu, elə Yer kürəsində “Müəllifin yazdığının baş verəcəyi təqdirdə nə dəyişərdi?” sualına cavab deməkdir.
Məsələn, əgər ağıllı yadplanetli sivilizasiyanın mövcud olmasını və onunla təmasa girmək; və ya milyon illər öncə Yer planetində başqa bir sivilizasiyanın olmasını və ya insanın ölməz ola biləcəyini sübut etmək mümkün olsaydı…
Bizi maraqlandıran “Üçüncü dünya savaşı başlayacağı təqdirdə nə baş verəcək?” sualına həm Rusiyada, həm də başqa ölkələrdə bir çox fantastlar cavab axtarır.
Bəzi kitabları mən oxumuşam: Vyaçeslav Xvatovun “Üçüncü dünya savaşı”, Andrey Qraçovun “Qələbə olmayacaq”, Herbert Uelsin “Krieg der Welten” (“Dünyaların savaşı”), Herried Monkle- ın “Grosse krieg” (“Böyük savaş”) kitablarını nəzərdə tuturam. Bir neçə filmlərə də baxmışam.
“Soyuq müharibə”nin çoxdan yox olduğu 21-ci əsrdə yazılmağına rəğmən, oxuduqlarım kitablarda üçüncü dünya savaşı Rusiya ilə Qərb bloku (ABŞ və NATO ölkələri) arasında baş verib. Rusiya müəlliflərinin interpretasiyasında bu savaş qəflətən başlayıb. Milyonlarla insan Qərb koalisiyasının ilk nüvə zərbələrindən sonra həlak olur, onlar bir zərbə ilə Rusiya qoşunlarına böyük itkilər vuraraq onu təslim olmağa vadar edirlər. Lakin Rusiya gözlənilmədən müqavimət göstərib və güclü cavab zərbəsi endirib.
Qərb müəlliflərində tam əksinədir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı son hadisələr hansı fantastların həqiqətə yaxın olduğunu göstərib.
Praktiki olaraq bütün kitablarda savaş bitəndən sonra planetimiz xarabalıqlara çevrilib, hava və torpaq radiasiya ilə zəhərlənib.
Yer planetinin sağ qalan az sakinləri sivilizaiyanın əvvəlinə dönüb: mağaralar, heyvan dəriləri,  ovçuluq, əkinçilik…
Hər ötən gün üçüncü dünya savaşı təhlükəsi daha da yaxınlaşır.
Ukraynaya qarşı hərbi müdaxiləyə görə BMT TŞ- nın 141 dövləti tərəfindən siyasəti pislənilən, 42 ölkənin sərt sanksiyaları tətbiq edilən Putin küncə sıxışdırılan təhlükəli yırtıcıya çevrilib.
Onun liderliyi ilə Rusiya Federasiyasında insanlar “Müharibəyə yox!” plakatı ilə küçələrə çıxanda və “Qoy həmişə Günəş olsun!” mahnısını açıq ifa edəndə saxlanılır, beləcə, Stalin dövrünün ağıla gələn və gəlməyən bütün qadağaları arxada qoyub.
İndi ən sülhsevər qəhrəman Leopold Pişiyinin belə “Uşaqlar, gəlin, dostcasına yaşayaq” deyimi avtomatik olaraq “xarici casus”a çevrilə və istintaq kamerasına düşə bilər.
Beləliklə, dolayısı ilə (sanksiyalar, silah tədarükü, xarici könüllülər) müharibəyə dünyanın əksəriyyət dövlətləri cəlb olunub.
Planetin üçüncü dünya savaşına sürüklənməsi barədə xəbərdarlıq tez- tez Qərb KİV- lərində səslənir. Bu, sensasiya axtaran jurnalistlərin məsuliyyətsiz bəyanatları deyil, gerçəyin ifadəsidir.
Vladimir Putinin özü Rusiyanın rəqibləri kimi Qərbi və NATO- nu hesab edir.
Rusiya Ukraynaya hücum edəndən sonra BMT- nin baş katibi Antoniu Qutteriş Putinə müraciət edib: “İnsanlıq naminə qoşunlarınızı Rusiyaya qaytarın. Avropada əsrin əvvəlindən ən qorxunc müharibənin başlanmasına imkan verməyin!”
Qutteriş xəbərdarlıq edib ki, bu müharibənin nəticələri təkcə Ukrayna üçün, təkcə Rusiya üçün deyil, bütün dünya üçün faciəli olacaq.
Müəllif: Lev Madorski