“Harri Potter” kitabının müəllifi Coan Roulinq sosial şəbəkədə “Avroviziya 2022” mahnı müsabiqəsinin nəticələri ilə bağlı paylaşımlar edib.
Axşam.az xəbər verir ki, o, tvitter hesabında Azərbaycanın yarışmadakı çıxışına da toxunub. Ölkəmizi daha ön pillərdə görən yazıçı “Azərbaycanın haqqını yedilər” şərhini yazıb.
Qeyd edək ki, “Avroviziya” mahnı müsabiqəsində münsif səsverməsi zamanı texniki problemlər yaşanıb. Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, Martin açıqlayaraq ölkəmizin 12 xalı Böyük Britaniyaya veriyini bildirib. N.Salmanova isə “Sabaha saxlamayaq” verilişində Azərbaycanın həmin xalı əslində Ukraynaya göndərdiyini vurğulayıb.
Qeyd edək ki, yarışmanın qalibi “Stefania” mahnısı ilə Ukraynanın “Kaluş” qrupu olub. Ölkəmizi “Avroviziya 2022”də təmsil edən Nadir Rüstəmli isə “Fade to black” mahnısı ilə 106 xal toplayaraq 16-cı sırada qərarlaşıb.
Follow @7timesaz