Rusiya Prezidenti Vladimir Putin şəxsən aşağı səviyyəli taktiki qərarlar qəbul edir. Bu cür qərarlar adətən sadəcə 700 əsgərə komandanlıq edən zabit tərəfindən verilir.
Bunu “The Times” Qərb hərbi mənbələrinə istinadən yazıb.
Mənbə bildirib ki, V.Putin və ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Rusiyanın Ukraynadakı qüvvələrinin əsas hərəkətlərini diktə edirlər:
“Biz hesab edirik ki, Putin və Gerasimov bizim adətən polkovnik və ya briqada generalından gözlədiyimiz səviyyədə taktiki qərarların qəbulunda iştirak edirlər”.
Hərbi ekspert əlavə edib ki, V.Gerasimov hərbi uğursuzluqlardan sonra vəzifəsindən uzaqlaşdırıldığı iddialarına baxmayaraq, görünür, hələ də vəzifə başındadır.
Nəşr yazıb ki, Rusiya Silahlı Qüvvələrində polkovnik və ya briqada generalı adətən hər biri 900 nəfərə yaxın olan iki tabor taktiki qrupuna komandanlıq edir.
Qəzet hərbi ekspertə istinadən qeyd edib ki, bununla belə, Rusiyanın tabor taktiki qrupları taqətdən xeyli salınıb və əgər V.Putin həqiqətən də briqada komandiri vəzifəsini yerinə yetirirsə, o, 700-dən 1000-ə qədər əsgərdən ibarət bölmələrə şəxsən rəhbərlik edə bilər.
Hərbi ekspert vəziyyəti “Amazon” sahibi ilə müqayisə edib: “Ceff Bezos sizə bağlamaları çatdırmır, strateji qərarlar qəbul edir”.
Qərb mənbələri hesab edir ki, V.Putinin bu cür birbaşa idarəsi Donbasda hərbi uğursuzluqlara səbəb olmuş ola bilər.
Follow @7timesaz