Dünya

Putinin bu ölkəyə girişinə qadağa qoyuldu

Putinin bu ölkəyə girişinə qadağa qoyuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın ictimai təhlükəsizlik naziri Marko Mendiçino Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, əvvəllər sanksiya tətbiq edilmiş minə yaxın Rusiya vətəndaşının ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.

“7Times.az” xəbər verir ki, bu barədə “İnterfax”ın məlumatında qeyd olunub.

“Biz indicə Putin və onun ətrafındakılar da daxil olmaqla, minə yaxın rusiyalının Kanadaya girişinə qadağa qoyulduğunu elan etmişik”, – Mendiçino “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, “bütün bu insanlar artıq sanksiyalar altındadır”, lakin “indi onlara Kanadaya giriş qadağan ediləcək”.

Nazie qeyd edib ki, Kanada Ukraynanın çətin anında onu dəstəkləməyə davam edəcək.