İsveçin SEİ institutu son elmi tədqiqatının nəticəsi olaraq bəyan edib ki, hazırda Yer kürəsi “qaynama nöqtəsindədir”. İqlim krizisi səbəbindən ekstremal vəziyyət yaranıb.
7Times.az xəbər verir ki, İnstitut Energetika qurumu ilə müştərək planetin vəziyyətini analiz edib.
“Bir çox sahələrdə qaynama nöqtəsindəyik. Cənubi Asiyada hava, enerji və yanacağın bahalaşması, ərzaq qıtlığı, müharibə və münaqişələr dünyanı son 50 ilin ən qaynar nöqtəsinə gətirib”, – deyə direktor Persson bildirib.
Alimlər planetin gələcəyi barədə keçiriləcək İsveç masasına hesabat təqdim edib. Onlar gəncliyin krisiz şəraitində həyat tərzini dəyişmələri ilə bağlı forum yaradılmasını, eləcə də bitki, heyvanat aləminin qeydinə qalmağı, qida rasionunu dəyişməyin zəruri olduğunu bildirir.
Bəşəriyyət təcili olaraq quraqlıqla mübarizəyə başlamalıdır. Əgər tədbirlər görülməsə, 700 milyon insan məcburi öz evini, torpağını tərk etməli olacaq.
Follow @7timesaz