Ölkə

AMEA-nın alimləri dalaşdı, bir-birini təhqir etdi

AMEA-nın alimləri dalaşdı, bir-birini təhqir etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidovla həmin institutun icraçı direktoru Zaur Həsənov arasında baş verən mübahisə dava ilə nəticələnib.

Demokrat.az-ın məlumatına görə, mübahisə zamanı Abbas Seyidov Zaur Həsənovu zor gücü ilə kabinetindən qovub. Bu zaman tərəflər bir-birinə qarşı təhqir və ağır ittihamlar səsləndirib.

Xatırladaq ki, Abbas Seyidov və Zaur Həsənov AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev tərəfindən bu vəzifələrə təyin edilib.

Qeyd edək ki, Zaur Həsənov Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənovun oğludur.