Maqazin

“Bu rolda çəkilməyim deyəsən ermənilərin xoşuna gəlib, hətta iş də təklif edirdilər…”

“Bu rolda çəkilməyim deyəsən ermənilərin xoşuna gəlib, hətta iş də təklif edirdilər…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qənirə xanım Paşayevayla görüşdük, yaradıcılıqla, müəyyən problemlərlə bağlı söhbət etdik. Hörmətli millət vəkilimiz bizi çox yaxşı qarşıladı. Həllini tapan problemlərimiz də oldu”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Vaqif Kərimov deyib. V.Kərimov uzun zamandır çəkildiyi filmlərdə erməni rolunda oynamasından da danışıb:
“Filmlərə çəkilirik, işlərimiz yaxşıdır. Qarşıda yenə yeni bir filmimiz var. Vətən müharibəsindən sonra “Beşatılan” filminə çəkildim. Yəqin ki, erməni rolunda oynamağın ilk dəfə yaxşı alınıb deyə davamlı olaraq bu rola dəvət alıram. Bu rol tamaşaçıda nifrət yaradırsa, demək ki, uğurludur. Ondan sonra da davamlı olaraq o rolda çəkilmişəm.
Ermənilərin özləri də buna reaksiya veriblər. Sosial şəbəkədə oynadığım rolu bəyəndiklərini bildirirdilər. Hətta deyirdilər ki, gəl bizdə işlə”.
Qeyd edək ki, Vaqif Kərimov həm də məşhur aparıcı Vüsalə Kərimovanın atasıdır.