Pandemiyadan sonra dünyada bərabərsizlik artıb. Yeni vəziyyətdə zənginlər daha da zənginləşir, kasıblar isə yoxsullaşır.
Sfera.az xəbər verir ki, bu haqda “Oxfam” təşkilatının idarəedici direktoru Qabriela Buçer (Gabriela Bucher) “Bloomberg HT”nin suallarını cavablandıran deyib.
Buçer hesab edir ki, varlılardan daha çox vəsait toplamaq üçün vergilər artırılmalı və həmin vəsaitlər ədalətli istifadə edilməlidir:“Pandemiya ilə biz başa düşdük ki, dünya çox kövrəkdir və bu zəiflik bərabərsizlikdən qaynaqlanır. Bərabərsizlik ölkələr arasında fərqlər yaradır. Yoxsulluq və aclıq problemləri var idi. Pandemiya və müharibə bunu daha da dərinləşdirdi. Daha çox insanın yoxsullaşmasının qarşısını almaq lazımdır. “Oxfam”ın son araşdırmasına görə, 2022-ci ildə 265 milyondan çox insan həddindən artıq yoxsulluq həddinə yüksəlib. Pandemiyadan əvvəl 597 milyon insan yoxsulluqdan əziyyət çəkirdisə, bu rəqəm bərabərsizliklərin artması səbəbindən 795 milyona, qeyri-bərabər artım və ərzaq qiymətlərinin yüksək olması səbəbindən 860 milyona yüksəldi. 2022-ci ildə hər 30 saatda 1 milyon insan yoxsullaşır”.
Follow @7timesaz