Dünya

Daha iki məşhur dünya brendi Rusiya bazarını tərk etdi – Mağazaların hamısı bağlanıb

Daha iki məşhur dünya brendi Rusiya bazarını tərk etdi – Mağazaların hamısı bağlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın idman ayaqqabısı və geyimləri üzrə ixtisaslaşmış “Nike” şirkəti 28 ildən sonra Rusiya bazarından çıxır. Şirkət bunu proqnozlaşdırılan gələcəkdə Rusiyaya məhsul çatdırmaq imkanının olmaması ilə izah edib.

“AzPolitika.info” xəbər verir ki, bu haqda “Vedomosti” məlumat yayıb.

“Nike Inventive Retail Group” (IRG) ilə françayzinq sazişini uzatmayıb. Amerika riteylerinin Rusiyada ən böyük mağazalar şəbəkəsi məhz bu qrupa məxsusdur. “Məhsul ehtiyatları bitəndən sonra IRG bu brend adı altında mağazaların hamısını bağlayacaq”, – IRG prezidenti Tixon Smıkov əməkdaşlara məktubunda yazıb.

Şirkətdən verilən məlumata görə, “Nike” daha Rusiyaya yeni məhsullar gətirmir, daha öncə gətirilmiş mallar isə qıtlaşıb.

Martın əvvəlində “Nike” Rusiya internet-mağazasında satışı dayandırıb, bir neçə gün sonra bu ölkədə mağazaların hamısını müvəqqəti bağlamaq qərarı verib. Şirkətdən verilən məlumata görə, Rusiyada biznes fəaliyyətini dayandırmasına baxmayaraq, əməkdaşların maaşları ödənəcək.

Ötən il “Nike” və “Nike riteyl”-in 25.5. milyard rubl gəliri olub.

Martın 3-də Rusiyada fəaliyyətini dayandırmış “Marks & Spencer” şirkəti də mayın 25-də Rusiya bazarından tam çıxdığını açıqlayıb. Şirkət qərarını Ukraynadakı müharibədən dolayı Rusiyaya məhsul çatdıra bilməməsi, Avropa İttifaqının sərhədində problemlərlə izah edib.

Xatırladaq ki, Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan sonra Qərbin sərt sanksiyaları fonunda yüzlərlə korporasiya və brend Rusiyada biznesi dayandırdığını, bu ölkədən getdiyini açıqlayıb.