Aktual

Boris Consondan “Partygate” skandalı ilə bağlı daha bir açıqlama: “İstefa verməyəcəyəm”

Boris Consondan “Partygate” skandalı ilə bağlı daha bir açıqlama: “İstefa verməyəcəyəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin Baş naziri Boris Conson pandemiya zamanı karantin qaydalarını pozduğuna görə yenidən kədərləndiyini bildirib.

7Times.az-ın məlumatına görə, əvvəlcə İcmalar Palatasında millət vəkillərinin, daha sonra Dauninq-stritdəki Baş nazirin ofisində mətbuatın suallarını cavablandıran Conson “Partygate” skandalı adlanan hadisə ilə bağlı danışarkən “dərsimizi aldıq”, – deyə söyləyib. O, polis məmuru Su Qreyin “Partygate” hesabatında yer alan təmizlik və təhlükəsizlik işçilərinə qarşı hörmətsiz və pis rəftarı ilə əlaqəli təfərrüatlardan dəhşətə gəldiyini  və  baş verənlərin qətiyyən qəbuledilməz olduğunu, həmin şəxslərdən üzr istədiyini vurğulayıb.

Baş nazirlikdəki əyləncələrin iş görüşməsi olduğunu düşündüyünü deyən Conson, “Bu, işimin bir hissəsi idi. Bu hadisələrə görə cəza almadığım üçün bu fikir təsdiqlənmiş kimi görünür. Hesabatda adları çəkilən insanlar haqqında şərh vermək istəmirəm. Bununla belə, məncə adı çəkilən və ya olmayan hər kəs bir dərs çıxarmalıdır”, – deyə bildirib. O, istefa edib etməyəcəyi ilə əlaqəli sualı isə belə cavablandırıb: “Hazırda mənim işim davam etmək və öhdəliklərimizi yerinə yetirməkdir. Açığı, hamımız səhvlər etdik və onlardan dərs almalıyıq”.Qeyd edək ki, Boris Conson da daxil olmaqla hökumət işçilərinin Covid-19 məhdudiyyətlərini pozaraq toplaşdığı “Partygate” əyləncələri haqqında tam hesabat bu gün yayımlanıb. Digər tərəfdən, bu həftə mətbuatda Consonun iş görüşməsi olduğunu iddia etdiyi tədbirlərə qatıldığını sübut edən yeni fotolar yer alıb. Baş nazirin 19 iyun 2020-ci ildə ad günü  və 13 noyabr 2020-ci ildə xüsusi müşavirinin şənliyində iştirak etdiyi məlum olub.