Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı daha sərt sanksiyaları nəzərdə tutan ABŞ-ın qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə ediblər.
APA xəbər verir ki, bu barədə TASS-a məlumat yayıb.
BMT Təhlükəsizlik Şurasının qalan üzvləri – Böyük Britaniya, ABŞ, Fransa, həmçinin Albaniya, Braziliya, Qabon, Qana, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç, Birləşmiş Ərəb Əmirlikləri qətnamənin lehinə səs verib.
Amerika təqdim etdiyi təşəbbüs Pxenyanın martın 24-də qitələrarası ballistik raket buraxmasını, eləcə də digər raket sınaqlarını pisləməkdən ibarətdir.
Layihə KXDR-ə xam neft və emal olunmuş məhsulların tədarükünün azaldılmasını nəzərdə tuturdu.
Follow @7timesaz