ABŞ-ın ən böyük banklarından olan “Goldman Sachs” akkumulyator istehsalında mühüm rol oynayan kobalt, litium və nikelin qiymətlərinin bu il və 2023-cü ildə enəcəyini proqnozlaşdırır.
“Goldman Sachs”a görə, akkumulyator istehsalında kritik rol oynayan kobalt, litium və nikel üçün bahalaşma dövrü sona çatdı.
Sfera.az bildirir ki, bankın mütəxəsislərinin fikrincə, investorlar batareya metallarının 21-ci əsrin qlobal iqtisadiyyatında oynayacağı kritik roldan xəbərdardırlar. Tələbdə artım olsa da bu metalların təklifində də ciddi artım görünür. Buna görə də adıçəkilən 3 metalın dəyəri bundan sonra nəinki yüksəlməyəcək, əksinə tədricən enişə keçəcək.
“Goldman Sachs” proqnozlaşdırır ki, litium-un bir tonunun spot qiyməti 60 min dollardan ilin sonunda 54 min dollara qədər geriləyəcək. 2023-cü ildə isə litiumun dəyəri 16-20 min dollar ətrafında dəyişəkək.
Follow @7timesaz