Builki “Avroviziya” Mahnı Müsabiqəsində qalib gələn Ukraynanın “Kaluş Orkestri” qrupu öz mükafatlarını 900 min dollara satıb.
7Times.az xəbər verir ki, qaliblər əldə etdikləri bütün qazancı Ukrayna Silahlı Qüvvələrinə köçürüblər.
Onlar sosial şəbəkələrdə bunları yazıb:
“Bu hərrac üçün vəsait ayıran, xüsusən də kuboku 900 min dollara alan və onun müəllif hüquqları sahibi “Whitebit” komandasına minnətdarıq”.
Follow @7timesaz