Dünya

Çətin müalicə olunan xərçəng şişləri belə məhv ediləcək – YENİ KƏŞF

Çətin müalicə olunan xərçəng şişləri belə məhv ediləcək – YENİ KƏŞFbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq elm adamları qrupu çətin müalicə olunan xərçəng şişlərini məhv etməyin yeni yolunu kəşf edib.

7Times.az xarici mediaya istinadla xəbər verir ki, bu iş yalnız Fox Chase onkoloji mərkəzinin həkimi Balaçandranın rəhbərlik etdiyi komandanın, həkim Poptsovanın rəhbərliyi altında Ali İqtisadiyyat Məktəbi alimlərinin, Melburn universitetindən həkim Uoklinin, Miyazaki Universitetindən həkim Syuy və Müəddəs Yəhuda uşaq araşdırma xəstəxanasının həkimi Tomas, eləcə də InsideOutBio biotexnologiya şirkətindən olan həkim Alan Herbertin əməkdaşlığı sayəsində baş tutub.

Söhbət mövcud immunoterapiyalara, o cümlədən antitellərə cavab verməyən şişlərdən gedir.

Yeni yanaşmada Z-DNT müalicəsindən istifadə edilir (DNT ikiqat spiralının bir çox mümkün strukturlarından biri, solaxay ikiqat spiraldır-red.) Z-DNT-nin funksiyalarından biri də viruslara qarşı immun reaksiyasını tənzimləməkdir. Bu cavabda Z-DNT-ni xüsusi olaraq tanıyan iki zülal iştirak edir -ADAR 1 (RNT-də (Ribonuklein turşusu) fəaliyyət göstərən adenozin deaminaza – red.) və ZBP1 (Z-DNT-ni bağlayan protein 1 – red.). ADAR1 və ZBP1 arasındakı qarşılıqlı əlaqə bir şiş hüceyrəsinin yaşayıb-yaşamadığını və ya öldüyünü müəyyən edir.

Alimlər ADAR1 yatırılmasının qarşısını ala biləcək və ZBP1 təsiri altında şiş hüceyrələrinin ölümünü birbaşa aktivləşdirə biləcək kiçik bir molekul tapıblar.

Yeni dərman xərçəngə səbəb olan mutasiyadan asılı olmayaraq təsir göstərir. Hüceyrə ölümünün induksiya forması yüksək immunogendir. Reaksiya nəticəsində şişin böyüməsini dəstəkləyən fibroblastlar məhv olur.

Beləliklə, preparat PD-1-i (immun hüceyrələrinin hüceyrə differensiasiyasında rol oynayan immunoqlobulin superfamilyasının membran zülalı – red.) hədəf alan nəzarət məntəqələrini bloklayan antikordan istifadə etməklə immunoterapiyanın effektivliyini artırır.

Dərman kuraksinlər ailəsinə aiddir. Mürəkkəb I faza sınaqlarında təhlükəsiz olduğunu sübut edib, lakin onun anti-PD1 ilə birlikdə klinik istifadəsinin xərçəng müalicəsində fayda verdiyini təsdiqləmək üçün hələ də əlavə tədqiqat tələb olunur.