Rusiyanın ələ keçirdiyi Mariupol limanından metalyayan məmulatlarla yüklənmiş “Astraxan” yük gəmisi Rostov-Don istiqamətinə yola düşüb.
Mariupol merinin müşaviri Petr Andryuşşenko özünün “Telegram” kanalında gəminin yola düşməsinin görüntülərini yayımlayıb.
“Mariupol. Liman. 2,5 min ton metalyayan hazırda Mariupol limanının akvatoriyasını tərk etdi”, – deyə o, bildirib.
Müşavir onu da qeyd edib ki, Rusiya daha 34 gəmini “milliləşdirmək” niyyətindədir.
Mənbə: Truxa Ukraina
Follow @7timesaz