Aktual

Rusiyadan Türkiyənin “Suriya əməliyyatına” REAKSİYA:  “Bu, ərazi bütövlüyünün birbaşa pozulması olacaq” 

Rusiyadan Türkiyənin “Suriya əməliyyatına” REAKSİYA:  “Bu, ərazi bütövlüyünün birbaşa pozulması olacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Türkiyənin Suriyada təşkil edəcəyi sərhəd əməliyyatına reaksiya verib.

Sfera.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb.

O çıxışı zamanı,  “Ankaranın Suriyada onsuz da gərgin olan vəziyyətin təhlükəli şəkildə pisləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinəcəyinə ümid edirik. Biz Suriyanın sərhəd bölgələrindən Türkiyənin milli təhlükəsizliyinə qarşı yaranan təhdidlərlə bağlı Ankaranın narahatlığını başa düşürük. Lakin Suriya Ərəb Respublikasının qanuni hökumətinin razılığı olmadan atılacaq belə bir addım onun suverenliyi və ərazi bütövlüyünün birbaşa pozulması olacaq və bu, ölkədə gərginliyi daha da artıracaq”, – deyə söyləyib.

Ötən günlərdə məsələ ilə bağlı açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyada baş verənlərə biganə qala bilməyəcəyini ifadə edərək, “Biz bu problemlərin Suriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət çərçivəsində həll olunmasını istəyirik”, – deyə bildirib.Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Qrup Toplantısındakı çıxışı zamanı əməliyyat mesajını təkrarlayaraq hədəfin Tel Rıfat və Mənbic olduğunu vurğulayıb.