Aktual

Ukrayna ordusu nə vaxt tam gücü ilə əks-hücuma keçə bilər? – Arestoviçin proqnozu

Ukrayna ordusu nə vaxt tam gücü ilə əks-hücuma keçə bilər? – Arestoviçin proqnozubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu tam gücü ilə ondan sonra əks-hücuma keçə bilər ki, yetərli sayda Qərb silahı əldə olunsun. Prosesin ahənginə görə, bu, iyulun ikinci yarısı və ya avqustdur.

Bu proqnozla Ukrayna Prezident Ofisi başçısının müşaviri Aleksey Arestoviç çıxış edib («DW»).

O, qeyd edib ki, ukraynalı müdafiəçilər artıq ölkənin cənubunda əks-hücum əməliyyatları aparırlar, amma Ukrayna lazım olan hər şeyi alandan sonra əks-hücumlar daha da intensiv olacaq.

Bunlar alınan zaman, Arestoviç davam edir, ən azı 4-5 tam tərkibli briqada formalaşdırılacaq və onlar tam gücü ilə hücuma keçə bilərlər.