Türkmənistan prezidenti Serdar Berdimuhammedov Rusiya lideri Vladimir Putinin dəvəti ilə iyunun 10-da Moskvaya səfər edəcək.
Modern.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları ticarət, siyasət və regional məsələləri müzakirə edəcəklər.
“İyunun 10-da Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Türkmənistan prezidenti Serdar Berdimuhammedov Rusiyaya səfər edəcək. Bu, onun dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra (19 mart 2022-ci il) ilk rəsmi xarici səfəri olacaq”, – məlumatda deyilir.
Bildirilir ki, danışıqlarda siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın gələcək inkişafı məsələlərinin bütün spektrinin, aktual regional və beynəlxalq mövzuların müzakirəsi planlaşdırılır.
Follow @7timesaz