Fransalı mütəxəssis Zinəddin Zidan iyunun 11-də PSJ rəhbərliyi ilə görüşəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı “Mundo Deportivo” yayıb.
Mənbə 49 yaşlı mütəxəssisin ilkin görüş zamanı irəli sürdüyü şərtlərin təmin edildiyini və onun yaxın vaxtlarda Paris təmsilçisinin baş məşqçi postunu tutacağını açıqlayıb. Xəbərə görə, Zidan rəhbərlikdən idman məsələlərinə özü nəzarət etməsini və Kilian Mbappenin komandada saxlanılmasını xahiş edib. Fransa klubunun idman direktoru Leonardonun məhz bu səbəbdən istefaya göndərildiyi, Mbappe ilə müqavilə yeniləndiyi qabardılıb. Xəbərdə Zidanın PSJ ilə rəsmi anlaşma imzalayandan sonra dünyanın ən ödənişli məşqçisinə çevriləcəyi də vurğulanıb.
Qeyd edək ki, Zidan ötən il “Real Madrid”dən ayrılandan bəri işsizdir.
Follow @7timesaz