Dünya

Fukuyama: “Putin talesiz adamdır, o, tamamilə siyasi iflasa uğrayıb, çinlilər isə axmaq deyil…”

Fukuyama: “Putin talesiz adamdır, o, tamamilə siyasi iflasa uğrayıb, çinlilər isə axmaq deyil…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Demokratik Qərbin avtoritar rejimlərə qarşı çoxillik mübarizəsi kulminasiya mərhələsinə çatıb”

 

“Rusiya məğlubiyyətə doğru gedir, Ukrayna ordusu onu Donbasdan vurub çıxaracaq”
“Bu ölkə izqoya çevriləcək və Şimali Koreya kimi beynəlxalq birlikdən xaric ediləcək”
“Putin ağılsızcasına belə böyük riskə gedib və ona çox baha başa gələcək”
Rusiyanı yaxın gələcəkdə nə gözləyir?
Amerika politoloqu və filosofu Frensis Fukuyamanın fikrinə görə, Rusiya prezidenti Vladimir Putin tamamilə siyasi iflasa uğrayıb.
Moderator.az xəbər verir ki, bu barədə o, Almaniyanın “Velt” qəzetinə verdiyi müsahibəsində bəyan edib.
Rusiyanın Ukraynaya qarşı müharibəsi təkcə dünya nizamını dəyişməyəcək, həm də Rusiya hakimi üçün fəlakətə çevriləcək. O, əmindir ki, Moskvanın Ukraynaya hərbi müdaxiləsi ona baha başa gələcək.
“Yeni dünya düzəni formalaşır. Bu, Qərbin demokratik ölkələri düşərgəsinin avtoritar rejimlərə, ilk növbədə Rusiya və Çinə qarşı çoxillik mübarizəsinin nəticəsidir. Bu müharibə bu prosesin kulminasiyasıdır.
Rusiya məğlubiyyətə doğru gedir, döyüş meydanında bir-birinin ardınca uğursuzluğa düçar olub, daha sonra Ukrayna ordusu tərəfindən Donbasdan şıxışdırılıb çıxarılacaq.
Bu, Putinin fəlakətli iflasıdır. O, uğursuz, talesiz olub. Təkcə müharibədə deyil, bu, onun tamamilə siyasi iflasıdır”, – politoloq əmin edib.
Fukuyama Putinin Ukraynada törətdiyi müharibənin dünya nizamının yenidən formalaşmasının bir neçə əsas məqamlarını qeyd edib.
NATO İsveç və Finlandiyanın hesabına genişlənəcək.
Qərb hələ heç vaxt belə yekdil olmayıb.
Almaniya son 40 illik Şərq siyasətini dəyişib.
ABŞ Trampın dövründə itirdiyi liderliyi bərpa edib.
Qərb Ukraynanı öz müttəfiqliyinə qəbul edib, ona möhkəm kömək edir.
Fukuyama güman edir ki, Rusiya üçün özünü saldığı uçurumdan çıxmaq çox çətin olacaq. Bu ölkə izqoya çevriləcək və Şimali Koreya kimi beynəlxalq birlikdən xaric ediləcək.
Filosof həmçinin qeyd edib ki, Çin zəifləmiş Rusiyaya, məsələn, Sibirdə təzyiq göstərə bilər.
“Mən düşünmürəm ki, çinçilər bunu silah gücü ilə edəcək. Onların Rusiyanın neft və qaz kimi resurslarını əldə etmək üçün başqa üsulları var.
Bundan başqa, sanksiyalarla cəzalanan Rusiya artıq indi bu məhsulları almaq üçün Çinə yalvarır. Putin mütləq Çinin təsirinə düşəcək.
Rusiya və Çinin davranışlarında oxşarlıqlarla yanaşı, fərqlər də var. Əvvəllər mən düşünürdüm ki, Rusiya, məsələn, Sovet İttifaqının Yaxın Şərqdə olduğu kimi, gücdən istifadə etmək istəməyəcək. Amma Putin məni başqa cür düşünməyə öyrədib. O, güc tətbiq edərək, Suriyaya, Krıma, Donbasa qoşunlarını yeridib və hətta onları Venesuelaya göndərib. İndi isə Ukraynya soxulub. O, ağılsızcasına belə böyük riskə gedib”, – Fukuyama izah edib.
Ekspert vurğulayıb ki, “çinlilər o qədər axmaq deyil” və səbrlidir.
“Onlar bilir ki, öz iqtisadiyyatı və texnologiyaları sayəsində güclənəcəklər. Riskli hərbi avanturaçılıq Çinin dəst-xətti deyil”, – Fukuyama buna əmin olduğunu bildirib və vurğulayıb ki, Qərb qəti şəkildə avtoritar rejimlərdən-nə Rusiyadan, nə də Çindən asılı olmamalıdır.