Aprel ayında Rusiyada doğum nisbəti bu ay üçün antirekordu yeniləyib – “Rosstat”ın məlumatına görə, ölkədə cəmi 99,7 min uşaq doğulub. 2021-ci ilin aprel ayı ilə müqayisədə doğulanların sayı 10%, yəni təxminən 10 min uşaq azalıb.
Moderator.az xəbər verir ki, bu haqda Rusiyanın tanınmış müstəqil ekspert demoqraf Aleksey Rakşa öz telegram-kanalında məlumat yayıb.
Mütəxəssisin qeyd etdiyi kimi, 2022-ci ilin aprel göstəriciləri “Böyük Vətən Müharibəsi”ndən bəri bu ay üçün ən aşağı göstəricidir.
Yanvar-aprel aylarında Rusiyada 420,1 min uşaq doğulub ki, bu da əvvəlki illə müqayisədə 6% azdır. Bununla belə, ölüm göstəricisi də azalıb: apreldə 13%, ilin əvvəlindən isə 3%. Lakin bu, doğum nisbətinin aşağı düşməsini kompensasiya etməyib. Əhalinin təbii azalması 311,2 min nəfərə çatıb.
Follow @7timesaz