Rusiya prezidenti Vladimir Putinin ətrafında koronavirus infeksiyası ilə bağlı təhlükəsizlik tədbirləri davam etdirilir.
7Times.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O əlavə edib ki, ümumilikdə Kremldə və Prezident Administrasiyasının yerləşdiyi Staraya meydanında maska rejimi davam edir.
“Hələlik bizim dövlət başçısına qarşı xüsusi ehtiyat tədbirlərimiz davam edir. Məsələn, Kremldə və Staraya meydanında maska rejimi hələ də qüvvədədir”,- Peskov deyib.
Follow @7timesaz