65 yaşlı amerikalı aktyor Tom Henksin pərəstişkarları onun ağır xəstə olmasından şübhələniblər.
Belə ki, “Elvis” filminin təqdimatı zamanı Henks sağ əli titrədiyi üçün mikrofonu saxlamaqda çətinlik çəkib. O, mikrofonu digər əlinə ötürsə də, titrəmə keçməyib.
Sənətçi səhhətilə bağlı vəziyyəti şərh etməyib.
Qeyd edək ki, “Elvis” filmində Henks Elvis Preslinin meneceri Tom Parker rolunu ifa edib.
oxu.az