Aktual

İsraildən Bəşər Əsədə TƏHDİD: “Sarayını bombalayacağıq!”

İsraildən Bəşər Əsədə TƏHDİD: “Sarayını bombalayacağıq!”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Suriya Prezidenti Bəşər Əsədi İranla hərbi əməkdaşlığı dayandırmayacağı və ya azaltmayacağı təqdirdə saraylarını bombalayacağı ilə hədələyib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Elaf” saytı məlumat yayıb.

 

“Təl-Əvivdən yüksək səviyyəli məmurun sözlərinə görə, İsrail rəhbərliyi ölkəsindəki əməliyyatlarını ört-basdır edən və Tehrandan qabaqcıl silahlar tədarük edən Əsədə xəbərdarlıq mesajı göndərib. O, İsrail aviasiyasının Suriyaya növbəti hücumunda prezident saraylarından birinin hədəf olacağını bildirib”, – sayt yazıb.İsrail ordusu məsələ ilə bağlı hələ ki, açıqlama verməyib.