Hindistanın şimal-şərqindəki Assam ştatında musson yağışların səbəb olduğu irimiqyaslı daşqınlar azı dörd nəfərin ölümünə səbəb olub.
Trend-in məlumatına görə, Brahmaputra çayının və onun qollarının məcradan çıxması nəticəsində 20 min hektara yaxın əkin torpaqları, 1 500-dən çox kənd su altında qalıb.
Fəlakət zonasında 1,1 milyon sakinin qaldığı deyilir.
Aramsız yağışlar, həmçinin Meqhalaya və Arunaçal-Pradeş ştatlarında qeydə alınıb.
Follow @7timesaz