“Qalatasaray”ın qapıçısı Fernando Muslera üçüncü dəfə ata olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, “Qalatasaray”ın uruqvaylı qapıçısı Fernando Muslera yenidən ata olub.
Muslera və Patrisiya Kalero üçüncü övladına Dominik adını veriblər.
Follow @7timesaz
Muslera sevincini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Həmçinin o, övladının doğum tarixinin onun doğum gününə təsadüf etdiyini bildirib: “Bu doğum günümə həyatın mənə verə biləcəyi ən yaxşı şeylə başladım. Dominik, həyatımıza xoş gəlmisən. Birlikdə keçirdiyimiz hər an və sahib olduğumuz gözəl ailə üçün Patrisiyaya təşəkkür edirəm. Mesajlar və xoş əhval-ruhiyyə üçün hamınıza təşəkkür edirəm.”
“Qalatasaray” da bu münasibətlə Musleranı təbrik edib: “Musleranı və xanımını təbrik edir, yeni doğulan qızları Dominikə uzun, sağlam və xoşbəxt ömür arzulayırıq”.
Musleranın həyat yoldaşı ilə paylaşdığı foto isə Türkiyədə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər açıq-saçıq şəklə görə qapıçını tənqid ediblər: Adam həyat yoldaşı ilə belə şəkil paylaşmaz. səni çox sevirik, ancaq sil bunu” deyə şərhlər yazılıb.
Digər istifadəçilər isə fotonun normal olduğunu və xoşbəxtlik tablosuna bənzətdiklərini yazıblar.
Muslera daha sonra “instagram”da şərh yerini bağlayıb.
Həmin fotonu təqdim edirik: